Ağ Ciyər Xəstəlikləri Dispanserində müalicədə olan Bülbülə qəsəbə sakini P.Allahverdiyev münaqişə zəminində digər xəstə S.Zülfüqarovu bıçaqla qətlə yetirmişdir
10.05.2009Saat 19.00 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi ərazisindəki Ağ Ciyər Xəstəlikləri Dispanserində, orada müalicədə olan Bülbülə qəsəbə sakini Pənah Allahverdiyev münaqişə zəminində Neftçala rayon sakini, digər xəstə Sücayət Zülfüqarovu bıçaqla qətlə yetirmişdir. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Allahverdiyev tutulmuşdur.