Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

10.05.2009

Mayın 11-də saat 00.10 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Namiq Həsənovun idarə etdiyi "Daewoo" markalı, Seyid Mədətovun idarə etdiyi "Niva" markalı və Hümbət Cavadovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar  toqquşmuşlar. Nəticədə N.Həsənovun sərnişini, Bülbülə qəsəbə sakini Amil Mirzəyev hadisə yerində ölmüş, xəsarət almış özü və sərnişinləri, bacıları Kəmalə və Gülnarə, habelə H.Cavadov xəstəxanaya yerləşdirilmişlər. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

10.05.2009 tarixinə olan kriminal məlumatlar