Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy və Ağcabədi rayon sakinlərindən qaz balonu ilə ehtiyatsız davranmasından baş vermiş partlayış nəticəsində xəsarət almış şəxslər xəstəxanaya yerləşdirilmişlər

09.05.2009

Saat 04.00 radələrində Goranboy rayonunun Faxralı kənd sakini Rəfiqə Davudova evində məişətdə istifadə olunan qaz balonu ilə ehtiyatsız davrandığından partlayış baş vermişdir. Nəticədə xəsarət almış R.Davudova və əri Yusif xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.
Saat 19.10 radələrində Ağcabədi rayonunun Təzəkənd kənd sakini Xatirə Bədəlova evində məişətdə istifadə olunan qaz balonu ilə ehtiyatsız davrandığından partlayış baş vermişdir. Nəticədə xəsarət almış X.Bədəlova və oğlu Ruslan xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.