Yasamal rayon sakini C.Əfəndizadə özünə ilan zəhəri iynəsi vurması nəticəsində ölmüşdür
08.05.2009 Saat 04.30 radələrində Yasamal rayonu İnşaatçılar prospekti ev 11 "A"-da yaşayan Cəmşid Əfəndizadə özünə ilan zəhəri iynəsi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş C.Əfəndizadə saat 10.30 radələrində orada ölmüşdür. Araşdırmalar aparılır.