Gənclik stansiyasına bomba qoyulması barədə yalan məlumatı vermiş Qaraçuxur qəsəbə sakini Nurlan İsmayılov saxlanılmışdır
07.05.2009 Mayın 8-də özünü Qarayev Elçin kimi təqdim etmiş şəxs polisə zəng edərək metronun Gənclik stansiyasına bomba qoyulması barədə məlumat vermişdir. DİN Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı vermiş şəxs Qaraçuxur qəsəbə sakini 1993-cü il təvəllüdlü Nurlan İsmayılov saxlanılmışdır. Araşdırmalar aparılır