Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini Elçin Əvəzovun evinə baxış zamanı 2 ədəd qumbara və digər geyim əşyaları götürülmüşdür

06.05.2009

Daxil olmuş əməliyyat məlumatı əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, vəhabi dini təriqətinin xəvariclər qrupunun fəal üzvü Elçin Əvəzovun evinə baxış zamanı 2 ədəd qumbara, 1 ədəd alışdırıcı, meşə şəraitində yaşamaq üçün nəzərdə tutulmuş xüsusi geyim əşyaları, 50 ədəd gödəkçə, 48 ədəd şalvar və 25 ədəd yun gödəkçə aşkar edilərək götürülmüşdür.