Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mayın 4-də N.Ələkbərovun evindən oğurluq etmiş Saray qəsəbə sakinləri tutulmuşlar

06.05.2009

Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də N.Ələkbərovun evindən oğurluq etmiş Saray qəsəbə sakinləri Rövşən Əmrullayev və Rüfət Pərvanəyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin aprel ayı ərzində  Saray qəsəbə sakinləri Ziyafət Məmmədhəsənovanın, samir Əsədovun və Fuad Allahverdiyevin evlərindən də oğurluq etmələri müəyyən edilmişdir.