DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
17.12.2005Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakinləri Daşqın Əliyev, Elçin Gözəlov və qardaşı Raməddin 26,290 qram heroini 400 ABŞ dollarına satarkən tutulmuşlar. D.Əliyevin evinə baxış zamanı əlavə 75,518 qram heroin aşkar edilərək götürülmüşdür. Neftçala rayonu Qoltuq kənd sakini Əkrəm Şahbazov 102 qram marixuananı könüllü olaraq Neftçala RPŞ-yə təhvil vermişdir.