Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

04.05.2009

Saat 19.00 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsinin təmir işləri aparılan ərazisində Xırdalan şəhər sakini Elxan Xasıyev və Bakı şəhər sakini Emil Ağayev eyni istiqamətdə "Azsamand" markalı avtomaşınları idarə edərkən onları maneəyə vurmuşlar. Nəticədə xəsarət almış E.Xasıyev və sərnişinlər, Zaqatal rayon sakini Anar Qurbanov, Sumqayıt şəhər sakini Vəzifə Həmidova, Ağcabədi rayon sakini Tahir Əliyev, onun qızı Nigar, oğlu Məhəmməd və 40-45 yaşlı qadın xəstəxanaya yerləşdirilmişlər. Xızı RPŞ tərəfindən araşdırmalar aparılır.