Yasamal rayonu N.Nərimanov küçəsindəki avtotəmir sexində Bakı şəhər sakini O.Səmədova məxsus avtomaşında yanğın baş vermişdir
04.05.2009 Saat 11.20 radələrində Yasamal rayonu N.Nərimanov küçəsindəki avtomobillərin təmiri sexində Bakı şəhər sakini Oqtay Səmədova məxsus "VAZ-21115" markalı avtomaşında qaynaq işləri aparılarkən yanğın baş vermişdir. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, yanıq xəsarəti almış O.Səmədova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Araşdırmalar aparılır.