Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

03.05.2009

Saat 19.30 radələrində Qobustan  rayonu ərazisində Şamaxı rayon sakinləri Təhsil Beydullayevin idarə etdiyi "VAZ-2106" markalı və Sahib Nəcəfovun idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış S.Nəcəfov və sərnişinləri, Şamaxı rayon sakinləri Gülmərcan Xəlilova, Mahir Abdullayev, habelə T.Beydullayevin sərnişini Samir Əliabbasov xəstəxanaya yerləşdirilmişlər. Qobustan RPŞ tərəfindən araşdırmalar aparılır.