Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 29 cinayət faktı qeydə alınmışdır

01.05.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-i "isti izlər"lə açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 2 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.   
  • 12 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.