Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır

30.04.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmışdır ki, onların da 26-ı "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.     
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.