Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mərdəkan qəsəbə sakini Bayram Mehdiyevi döyərək qətlə yetirmiş Sahil qəsəbə sakini Nazim Primov tutulmuşdur

30.04.2009

Aprelin 30-da Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsində alın nahiyəsində deşilmiş-kəsilmiş xəsarəti olan 50-60 yaşlı kişi meyiti tapılmışdır. Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Bayram Mehdiyev olması müəyyən edilmiş və münaqişə zəminində onu döyərək qətlə yetirmiş Sahil qəsəbə sakini Nazim Primov tutulmuşdur.