Lerik rayonu ərazisində, rayon sakini Tarverən Nəzərova məxsus ağac emalı sexində yanğın baş vermişdir
30.04.2009 Saat 06.00 radələrində Lerik rayonu ərazisində, rayon sakini Tarverən Nəzərova məxsus ağac emalı sexində yanğın baş vermişdir. Nəticədə 150 kvm. sahdə sexin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Araşdırmalar aparılır.