Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saray qəsəbəsində tikilməkdə olan evdə qaz balonunun sızmasından yanğın baş vermişdir

16.12.2005

Saat 22:30 radələrində, Saray qəsəbəsində, Sərmayə Quliyevaya məxsus tikilməkdə olan evdə məişətdə istifadə edilən qaz balonunun sızmasından yanğın baş vermişdir. Nəticədə orada müvəqqəti yaşayanlar, Kürdəmir rayon sakinləri İradə Rəsulova və 3 azyaşlı uşaqları (2 oğlan və 1 qız) ölmüş, əri, Şövqü Rəsulov isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.