Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaldan-Zaqatala yolunun Şəki rayonu Küdürlü kəndi ərazisində yol-qəza hadisəsi

16.12.2005

Saat 07:50 radələrində, Xaldan-Zaqatala yolunun Şəki rayonu Küdürlü kəndi ərazisində, Gürcüstan vətəndaşı Cəfər Qurbanovun idarə etdiyi "Opel-Vectra" markalı və Şəki şəhər sakini Məmməd Vəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Vəliyev və sərnişinlərindən, həmyerliləri Faiq Mustafayev və Sərxan Bayramzadə hadisə yerində ölmüş, xəsarət almış İlqar İbrahimov, Tural İslamov və Elmar Məmmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.