Tərtər rayon sakini Təyyar Ağayevi odlu silahdan atəş açaraq qətlə yetirmiş həmyerlisi Pəri Mehdiyeva tutulmuşdur
25.04.2009Saat 15.20 radələrində Tərtər rayonunun Hüsənli kəndinə məxsus otlaq sahəsində kənd sakini Təyyar Ağayevin odlu silahdan atəş qətlə yetirilmiş meyiti tapılmışdır. Hadisə yerindən 9 ədəd avtomat gülləsinin gilizləri tapılmışdır. Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Hüsənli kənd sakini Pəri Mehdiyeva tərəfindən törədilməsi müəyyən edilmişdir. P.Mehdiyeva tutulmuş və qətli törədərkən istifadə etdiyi 1 ədəd "AKS" silahı götürülmüşdür.