Nizami rayonu Babək prospektində avtomaşını idarə edərkən S.Məmmədovu vurmuş M.Bədirxanov tutulmuşdur
25.04.2009Saat 14.00 radələrində Nizami rayonu Babək prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Seyran Məmmədov vurulmuşdur. Nəticədə xəsarət almış S.Məmmədov xəstəxanaya yerləşdirilmişdir. Nizami RPi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni "VAZ-2102" markalı avtomaşını idarə edərkən törətmiş Bakı şəhər sakini Miribrahim Bədirxanov tutulmuşdur. Nizami RPİ tərəfindən araşdırmalar aparılır.