Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 41 cinayət faktı qeydə alınmışdır

21.04.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 4 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.
  • 7 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.