Çində istehsal olunmuş Azərbaycan Respublikasının adı və ərazi hüdudları göstərilməyən 201 ədəd qlobus aşkar edilərək götürülmüşdür
19.04.2009 Bakı BPİ-nin Təhqiqat Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Nemətulla küçəsindəki dəftərxana ləvazimatları mağazasında Azərbaycan Respublikasının adı və ərazi hüdudları göstərilməyən qlobus satılması aşkar edilmişdir. Araşdırmalar zamanı "İnci" Kiçik Müəssisəsinin təsisçisi, Bakı şəhər sakini Mikayıl Yusifov tərəfindən 10-cu Köndələn küçəsindəki icarəyə götürülmüş anbarda Çin Xalq Respublikasında istehsal olunmuş bu tipli 201 ədəd qlobus aşkar edilərək götürülmüşdür. Araşdırmalar davam edir.