Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 29 cinayət faktı qeydə alınmışdır

18.04.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.