Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi

18.04.2009

Saat 19.00 radələrində İmişli rayonunun Əliqullar kənd sakini Vüsal Qədimov "VAZ-2107" markalı avtomaşını idarə edərkən rayon sakini Zamiq Məmmədovu vurmuşdur. Nəticədə xəsarət almış Z.Məmmədov, habelə V.Qədimov və sərnişini Bakı şəhər sakini Sübhan İsgəndərov xəstəxanaya yerləşdirilmişlər. Z.Məmmədov orada ölmüşdür. İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.