Astara rayonunun Ərçivan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.04.2009 Aprelin 19-da saat 01.15 radələrində Astara rayonunun Ərçivan kəndi ərazisində Bakı şəhər sakini Məmməd Səlimov "Mercedes" markalı avtomaşını idarə edərkən onu Ərçivan çayına aşırmışdır. Nəticədə M.Səlimov hadisə yerində ölmüşdür. Astara RPŞ tərəfindən araşdırmalar aparılır.