Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 37 cinayət faktı qeydə alınmışdır

16.04.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmışdır ki, onların da 25-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 1 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır.     
  • 4 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.