Avtomobillərin hissələrini sökərək oğurlamış Cəlilabad rayon sakinləri Sahib Qasımov və Murad Əhmədov saxlanılmışlar
16.04.2009 Aprelin 16-da Cəlilabad rayonu ərazisində, rayon sakinləri Tural Səlimova məxsus "VAZ-21011", Oqtay Əkbərova məxsus "VAZ-2107" markalı və Elnur Adışova məxsus "VAZ-21011" markalı avtomaşınlardan hissələri sökülərək oğurlanmışdır. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Sahib Qasımov və Murad Əhmədov saxlanılmışlar.