G.Nurməmmədovanı qısqanclıq zəminində qətlə yetirmiş E.Kərimov tutulmuşdur
15.04.2009 Aprelin 12-də Gülər Nurməmmədovanın meyitinin tapılması barədə verilmiş məlumatla əlaqədar 15.04.09 tarixdə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Nurməmmədovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirmiş, onunla qeyri-rəsmi nigah münasibətində olmuş 1985-ci il təvəllüdlü Elman Kərimov tutulmuşdur.