Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bir qrup vətəndaşdan narkotik vasitələr götürülmüşdür

15.04.2009

Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Xalid Rzayevdən 0,252 qram heroin götürülmüşdür. X.Rzayevə narkotik vasitəni satmış Yardımlı rayon sakinləri Famil mehdiyev və Etibar Əzizov tutulmuşlar. F.Mehdiyevdən 1,302 qram, E.Əzizovdan isə 2,554 qram heroin götürülmüşdür.

Araşdırmalar zamanı Famil və Etibara narkotik vasitənin Şağan qəsəbə sakini Ələddin Mehdiyev və Qala qəsəbə sakini Qabil Mirzəyev tərəfindən satılması müəyyən edilmiş və onlar tutulmuşlar. Q.Mirzəyevin həyətyanı sahəsindən 513,23 qram, Ə.Mehdiyevdən isə 3,829 qram heroin aşkar edilərək götürülmüşdür.