İran vətəndaşına qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış R.Məhərrəmli tutulmuşdur
15.04.2009 Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdanov qardaşları küçəsində İran vətəndaşı Zibasaz Talebi Canan Mustafa qızına qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Reyhan Məhərrəmli tutulmuşdur. R.Məhərrəmlidən 0,273 qram heroin və 1 qutu təsiredici həblər götürülmüşdür.