DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
12.12.2005Suraxanı rayon sakini, əvvəllər məhkum olunmuş Elman Məmmədov 0,683 qram heroini 200 min manata satarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulmuşdur. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Faiq Məlikovdan 0,366 qram, arvadı Aidədən isə 3,301 qram heroin götürülmüşdür.