Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İtkin düşmüş Səbinə Şıxzadayevanın əri Rail Şıxzadayev tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir

14.04.2009

2008-ci il iyulun 9-da Qusar rayonunun Aşağı Ləyər kəndi ərazisində insan meyitinin çənə sümüklərinin aşkar edilməsi ilə əlaqədar aparılan araşdırmalar zamanı sümüklərin həmin ilin iyunun 24-də itkin düşmüş Səbinə Şıxzadayevaya məxsus olması müəyyən edilmişdir.
Qusar RPŞ əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun 2008-ci il iyun ayının 22-də öz həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rail Şıxzadayev tərəfindən boğulma yolu ilə qətlə yetirilməsi müəyyən olunmuşdur. R.Şıxzadayev tutularaq istintaqa təqdim edilmişdir.

14.04.2009 tarixinə olan kriminal məlumatlar