Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gürcüstan Respublikasında anadan olmuş Ramin Əsgərovun və onun anası Göyçək Əsgərovanın Nazim Acalov tərəfindən qətlə yetirilməsi müəyən olunmuşdur

14.04.2009

DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Xətai RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2003-cü il aprel ayının 4-ü və 8-də Xətai rayonundakı X.Məmmədov küçəsində yandırılmış vəziyyətdə tapılmış kişi və qadın meyitlərinin şəxsiyyətləri müəyyən edilmişdir. Onlar Gürcüstan Respublikasında anadan olmuş 1980-ci il təvəllüdlü Ramin Əsgərov və onun anası 1957-ci il təvəllüdlü Göyçək Əsgərova olmuşlar.
Həyata keçirilmiş tədbirlər nəticəsində o da müəyyən edilmişdir ki, ağır cinayət hadisəsi hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Gürcüstan vətəndaşı Nazim Acalov tərəfindən törədilmişdir.

14.04.2009 tarixinə olan kriminal məlumatlar