Daşkəsən rayon sakini Kəmalə Məmmədovanı qətlə yetirmiş əri Elməddin Eyvazəliyev tutulmuşdur
13.04.2009 Aprelin 13-də Samux rayonunun Burun Qovaq kəndi ərazisindəki evdə, qoyunçuluqla məşğul olan Daşkəsən rayon sakini Kəmalə Məmmədovanın ölməsi barədə verilmiş məlumatla əlaqədar cinayət işi başlanmışdır. Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hamilə halında olmuş K.Məmmədovanın ailə münaqişəsi zəminində əri Elməddin Eyvazəliyev tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilmişdir. E.Eyvazəliyev tutulmuşdur.