Mərdəkan şossesində yol-qəza hadisəsi baş vermişdir
12.12.2005Saat 09:30 radələrində Mərdəkan şossesində, Bakı şəhər sakini Elçin Həsənovun idarə etdiyi «Deu-Leqanza» markalı, Masallı rayon sakini Yusif Heydərovun idarə etdiyi «VAZ-21099» markalı və Əli Bayramlı şəhər sakini Mürşüd Həziyevin idarə etdiyi «VAZ-2106» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Y.Heydərov və sərnişinlərindən, Əli Bayramlı şəhər sakini Mansur Əliyev hadisə yerində ölmüş, digər sərnişinləri, Masallı rayon sakinləri Həqiqət Rzayeva, Sübhnaz Rzayeva və E.Həsənov xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.