Dələduzluq etmiş Badamdar qəsəbə sakini Məhəbbət Məmmədov barəsində araşdırma aparılır
13.04.2009 2008-ci il ərzində Badamdar qəsəbə sakini Məhəbbət Məmmədov Bakı şəhər sakinləri Əjdər Qəmbərovun, İbrahim Əsgərlinin, Mirzə Mirzəyevin, Həsən Əliyevin, Musa İsmayılovun və Elsevər Nəsirovun etimadlarını qazanaraq borc adı ilə onlardan müvafiq olaraq 40.000, 2.000, 2.500, 8.000, 20.000 dollar və 8.000 manat almışdır. Faktla əlaqədar Səbail RPİ 8-ci PB tərəfindən araşdırmalar aparılır.