Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Aprelin 13-də Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

13.04.2009

Aprelin 13-də saat 22.00 radələrində Suraxanı Dəmir Yolu Stansiyasının 39-cu km-də, qorunmayan keçiddə Füzuli rayon sakini İsmayıl Sərxanlı "Nissan" markalı avtomaşını idarə edərkən onu teplovoza vurmuşdur. Nəticədə ölən və xəsarət alan olmamış, avtomaşına qismən ziyan dəymişdir. DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

13.04.2009 tarixinə olan kriminal məlumatlar