Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayonunun Alxanlı kənd sakini Zöhrab Şəmiyev yol-nəqliyyat hadisəsi törətmişdir

11.04.2009

Saat 21.00 radələrində Füzuli rayonunun Alxanlı kənd sakini Zöhrab Şəmiyev "Daewoo" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış Z.Şəmiyev və sərnişinləri, arvadı Gülsarə, oğlu Mədət xəstəxanaya yerləşdirilmişlər. Z.Şəmiyevə və Gülsarəyə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, Mədətin vəziyyəti isə ağırdır. Füzuli RPŞ tərəfindən araşdırmalar aparılır.