Hacıqabul Dəmir Yolu Stansiyasının ərazisində yük qatarının 6 vaqonu relsdən çıxmışdır
11.04.2009 Saat 12.30 radələrində Hacıqabul Dəmir Yolu Stansiyasının ərazisində Səngəçal-Batumi yük qatarının (yükü xam neft olan) 6 vaqonu relsdən çıxmışdır. Yük dağılmamış, görülmüş tədbirlər nəticəsində vaqonlar relsə qaldırılmış və hərəkət davam etdirilmişdir. DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.