Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saatlı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

09.04.2009

Saat 17.00 radələrində Saatlı rayonu ərazisində, Əlisoltanlı kənd sakini Böyükkişi Həsənovun idarə etdiyi "VAZ-21011" markalı və İmişli rayon sakini Rəsul Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar.  Nəticədə B.Həsənov hadisə yerində ölmüş, xəsarət almış sərnişini Kamran Hüseynov, habelə R.Cəfərov xəstəxanaya yerləşdirilmişlər.  Saatlı RPŞ tərəfindən araşdırmalar aparılır.