Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 33 cinayət faktı qeydə alınmışdır

08.04.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.    
  • 9 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 15 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

08.04.2009 tarixinə olan kriminal məlumatlar