Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəki şəhər Kiş kənd sakini Xanlar Mustafayev məişət tullantıları atılmış yerdə, koma vəziyyətində tapılmışdır

08.04.2009

Saat 15.00 radələrində Moskva prospekti 3008-ci məhəllənin ərazisindəki məişət tullantıları atılmış yerdə, koma vəziyyətində, üzərində müxtəlif dərəcəli xəsarətləri olan 45-50 yaşlı kişi tapılaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdir. Araşdırmalar zamanı həmin şəxsin Şəki şəhər Kiş kənd sakini Xanlar Mustafayev olması və onun "Tac-Mahal" Kooperativi tərəfindən inşa edilmiş 20 mərtəbəli binanın liftinin şaxtasına yıxılması və sonradan kooperativin sədri Ruslan Əkbərovun orada işləyən digər şəxslərlə birgə onu şaxtadan çıxarmaları və izi itirmək məqsədi ilə yaxınlıqdakı məişət tullantıları olan yerə atmaları müəyyən edilmişdir. Nəsimi RPİ tərəfindən araşdırmalar aparılır. 

08.04.2009 tarixinə olan kriminal məlumatlar