Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.04.2009

Saat 19.00 radələrində Xaçmaz rayonu ərazisində Qaradağ-Buduq kənd sakini Rəfayel Poladovun idarə etdiyi "VAZ-21070" markalı və Sumqayıt şəhər sakini Niyaməddin Qasımovun idarə etdiyi "VAZ-21124" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış N.Qasımov və sərnişini, Xaçmaz rayon sakini Sevinc Zeynalova, habelə R.Poladovun sərnişinləri, rayon sakinləri Vüsal Mövsümov, Şərafəddin Məmmədov və Çingiz İmaməliyev xəstəxanaya yerləşdirilmişlər. Xaçmaz RPŞ tərəfindən araşdırmalar aparılır.