Keşlə Dəmir Yolu Stansiyasının ərazisində baş vermiş qəza nəticəsində bir nəfər ölmüş, iki nəfər xəsarət almışdır
06.04.2009 Saat 19.00 radələrində Keşlə Dəmir Yolu Stansiyasının ərazisində Zərdab rayon sakini Əliağa Bəkirovun "ZİL" markalı avtokranla qaldırdığı yük orada işləyənlər, Bakı şəhər sakinləri Rəşid Ələsgərovun, Arzu Məmmədovun və Füzuli rayon sakini Vüqar Quliyevin üstünə düşmüşdür.Nəticədə R.Ələsgərov hadisə yerində ölmüş, A.Məmmədov və V.Quliyev isə xəstəxanaya yerləşdirilmişlər. DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.