Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
04.04.2009Saat 19.45 radələrində Tərtər rayonu ərazisində, rayon sakinləri Fəxrəddin Qədimovun idarə etdiyi "Mercedes" markalı, Taleh Quliyevin idarə etdiyi "VAZ-2107" markalı və Fuad Bağırovun idarə etdiyi "VAZ-21012" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış T.Quliyev və sərnişinləri, həmyerliləri Müşfiq Mayılov, onun qızı Şəhri və arvadı Mədinə xəstəxanaya yerləşdirilmişlər. M.Mayılov orada ölmüşdür. Tərtər RPŞ tərəfindən araşdırmalar aparılır.