Xətai rayonu S.Əhmədov küçəsində yaşayan Əsəd Nurullayevin evində təbii qazın sızmasından ani partlayış baş vermişdir
04.04.2009 Saat 07.30 radələrində Xətai rayonu S.Əhmədov küçəsi ev 6-da yaşayan Əsəd Nurullayevin evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə mətbəxin arakəsməsi və tavanı dağılmış, xəsarət alan Ə.Nurullayev isə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.