Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 44 cinayət faktı qeydə alınmışdır

03.04.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmışdır ki, onların da 34-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 5 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. 
  •  16 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  •  Cinayət törətdiklərinə görə 37 nəfər tutulmuşdur.

03.04.2009 tarixinə olan kriminal məlumatlar