İsmayıllı rayon sakini F.Dəmirovun həmkəndlisi Q.Nağıyev tərəfindən yaralanması müəyyən edilmişdir
01.04.2009 Saat 20.40 radələrində İsmayıllı rayonunun Basqal kənd sakini Fəxrəddin Dəmirov güllə yarası ilə xəstəxanaya aparılarkən yolda ölmüşdür. İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Basqal kənd sakini Qorqud Nağıyev tərəfindən törədilməsi müəyyən edilmişdir. RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.