Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonu ərazisindəki maye qaz doldurma məntəqəsində partlayış baş vermişdir

01.04.2009

Saat 17.30 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisindəki maye qaz doldurma məntəqəsində rayon sakini Sadiy Nadirovun idarə etdiyi yükü maye qaz olan "ZİL-130" markalı avtomaşının çənində partlayış baş vermişdir. Nəticədə S.Nadirov hadisə yerində ölmüş, avtomaşına qoşulmuş çən dağılmış, məntəqənin arakəsmə divarı uçmuş, pəncərə şüşələri sınmış və maye qaz çənlərinin qapaqları yerindən çıxmışdır.