Saxta sənədlər tərtib etdiyinə görə saxlanılmış Şakir Əmirovun bu yolla bir qrup vətəndaşın pulunu mənimsəməsi müəyyən edilmişdir
01.04.2009 Nəsimi RPİ 21-ci PB əməkdaşları tərəfindən rəsmi sənədləri saxtalaşdırdığına görə saxlanılmış Şakir Əmirovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2008-ci ilin fevral və may aylarında "Muğan-Bank" ASC-nin Binəqədi filialı ilə bağladığı müqavilədən istifadə etməklə Zemfira Ələkbərovanın 4500 manatını, Cano Marina Susanovanın 1500 manatını, Eldəniz Hüseynovun 4500 manatını mənimsəməsi, Mübariz Hüseynovun, Minəvvər Əliyevanın və Şamam Həsənovanın adına saxta sənədlər tərtib etməsi müəyyən edilmişdir.