Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Zazalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

01.04.2009

Saat 20.45 radələrində Goranboy rayonunun Zazalı kəndi ərazisində Vüsal Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı beton dirəyə vurmuş, sonradan avtomaşında yanğın baş vermişdir. Nəticədə V.Məmmədov və sərnişinləri, Goranboy rayon sakinləri Musa Əsgərov, Arif Əşrəfov və qardaşı Anar aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər. Goranboy RPŞ tərəfindən araşdırmalar aparılır.